Türkiyə Suriyanı atəşə tutdu

turkiye-suriyani-atese-tutdu
Oxunma sayı: 666

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, dünən axşam saatlarında baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə təşkil olunan təcili toplantıda baş verən hadisənin Suriya tərəfindən həyata keçirilən hücum olduğu qənaətinə gəlinib.

Baş verənlərlə bağlı baş nazir Ərdoğanın təlimatına uyğun olaraq BMT baş katibi Ban Kİ Mun və təşkilatın üzvü olan ölkələrin xarici işlər nazirləri ilə telefon bağlantısı olub. Eyni zamanda Anders Foq Rasmussenlə telefon əlaqəsi yaradıldıqdan sonra NATO təcili toplantı təşkil edib. Türkiyə dövləti Suriya tərəfindən atılan bu addımı milli təhlükəsizliyə yönələn provokasiya kimi dəyərləndirərək bunun qarşılıqsız qalmayacağını bəyan edib.