Türkiyə Suriyaya nota verdi

turkiye-suriyaya-nota-verdi-
Oxunma sayı: 641

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, paytaxt Dəməşqdə səfirlik, Lazkiyə və Hələb şəhərlərində konsulluq binalarına hücum edən dəstələr Atatürkün portertini cırıb, Türkiyə bayrağına ayaqqablarını sildikdən sonra onu yandırıblar.

Suriyanın Türkiyə Cümhuriyyətindəki səfirinə təqdim olunan notada hücumu təşkil edənlərin tapılıb cəzalandırılması tələb olunur. Türkiyənin bu cinayət faktına görə beynəlxalq hüquq normalarına uyğun hərəkət edəcəyi bildirilib.

Suriyadakı diplomatlar və onların ailə üzvləri ölkəni tərk edib bu gün Türkiyəyə dönüblər. Suriyadakı səfirin hələlik fəaliyyətini davam etdirəcəyi xəbər verilir.

Axşam saatlarında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Suriya müxalifətinin təmsilçiləri ilə toplantı keçirəcəyi bildirilir.