Türkiyə vətəndaşı qətlə yetirildi - Kriminal xəbərlər

turkiye-vetendasi-qetle-yetirildi-kriminal-xeberler
Oxunma sayı: 735

Oktyabrın 14-də Bərdə rayon sakinləri Sədayə Məmmədova, Aidə Məmmədova, Təhminə Şərifova, Rəqsanə Bəşirli və Lalə Bəşirli Bakı şəhər sakinləri Elşən İsmayılova məxsus S.Məmmədov küçəsində yerləşən mağazadan oyuncaq, eyni ünvanda yerləşən Zəminə Ağayevə məxsus mağazadan isə 1 ədəd yük çantası, geyim əşyaları oğurladıqlarına görə Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Nəsimi RPİ CAŞ-ın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ərəstun Rəcəbov oktyabrın 14-də yaxalanıb.

Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Fazil Dadaşov oktyabrın 14-də yaxalanıb.

Oktyabrın 1-də Atatürk prospektində naməlum şəxs Bakı şəhər sakini Faiq Əhmədovun cibindən 150 manat götürüb qaçıb. Nərimanov RPİ 16-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Sabirabad rayon sakini Şahin Heydərov oktyabrın 14-də tutulub.

Oktyabrın 13-də İ.Məmmədov küçəsində naməlum şəxs Ruhiyyə Abdullayevanın qızıl boyunbağısını qırıb qaçıb. Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Neman Asəfi oktyabrın 14-də tutulub.

Oktyabrın 13-nə keçən gecə Qaraçuxur qəsəbə sakini Rəhim Nəsibov və Cəlil Cəlilova məxsus həmin qəsəbədə yerləşən mağazalardan qapını sındırmaqla pul, mobil telefon, danışıq kartları və ərzaq məhsulları oğurlanıb, Əmirşah Bərxudara məxsus mağazadan isə oğurluğa cəhd olub. Suraxanı RPİ 32-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Valeh İbrahimov və Əmrah Cəfərov tutulub.

Oktyabrın 15-i saat 00:50 radələrində xarici dairəvi yolda yerləşən tikintidə fəhlə işləyənlər Türkiyə vətəndaşları Şevket Acar sərxoş vəziyyətdə mübahisə zəminində Mehmet Erkmeni bıçaqla qətlə yetirdiyinə görə Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanıb.