Türkiyə yeni nazirlərin adlarını açıqladı – Siyahı

turkiye-yeni-nazirlerin-adlarini-aciqladi-siyahi-
Oxunma sayı: 710

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Çankaya köşkü”ndə baş tutan qəbulda Ərdoğan yeni hökumətin siyahısını təsdiq etmək üçün Gülə təqdim edib.

Artıq 61-ci hökumətinin tərkibini elan olunub. Baş nazir Rəcəb Tayyib Ərdoğan, baş nazirin müavini Bülent Arınç, Əli Babacan, Bəşir Atalay, Bəkir Bozdağ, Ədliyyə naziri Sadullah Ərgin, Müdafiə naziri İsmət Yılmaz, Daxili işlər naziri İdris Naim Şahin, xarici işlər naziri Əhməd Davudoğlu, Maliyyə naziri Mehmet Şişmşək, Təhsil naziri Ömər Dinçər, Dövlət naziri Cevdet Yılmaz, İqtisadiyyat naziri Mehmet Zəfər Çağlayan, Səhiyyə naziri Rəcəb Akdağ, rabitə naziri Binali İldırım, Kənd Təsərrüfatı naziri Mehmet Mehdi Eker, Əmək və Sosial müdafiə naziri Faruk Çelik, Elm və sənaye naziri Nihat Ərgün, Gömrük və sənaye naziri Hayati Yazıçı, Enerji və təbii sərvətlər naziri Taner Yıldız, Mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Çevrə və şəhərçilik naziri Ərdoğan Bayraqdar, Meşə və su işləri üzrə nazir Veysəl Əroğlu, Avropa Birliyi naziri Egemen Bağış, Gənclər və İdman naziri Suat Kılıç, Ailə və sosial siyasət naziri Fatma Şahindir.

Nərgiz Ehlamqızı