Türkiyə yumurtası İsraili qarışdırdı

turkiye-yumurtasi-israili-qarisdirdi
Oxunma sayı: 659

“Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, İsrailə idxal olunan yumurtaların 62%-nin Türkiyədən gəldiyini bildirən qəzet yumurtaların Türkiyədən gəldiyi halda etiketlənməməsini tənqid edib. Kənd təsərrüfatı nazirinin keçmiş baytar xidmətləri müavini Yehuda Meirovitch, insanların nə yediyini bilməyə haqqı olduğunu deyib, o etiketsiz yumurtaların sağlamlığa ziyan vura biləcəyini iddia edib. Bu iddianı Ev heyvanları Birliyi baş katibi Yaakov Cohen də Türkiyənin yüksək keyfiyyətli yumurtalarını Avropaya, keyfiyyəti aşağı olanları isə İsrailə göndərdiyini deyərək dəstəkləyib.

“Poulttry Sicense” jurnalında 2010-cu ildə dərc olunan bir məqalədə Türkiyədə yumurtayan toyuqlardan alınan nümunələrin yarısından salmonella virusu olduğunu xatırladan bir mütəxəssis də Türkiyədəki baytarların xidmətlərrinin İsraildəki qədər yaxşı olmadığını söyləyib. Yumurtaları Türkiyədən aldığı iddia edilən “Tnuca” firması isə iddiaların əsassız olduğunu bildirib.