“Türkiyədə açar oyunçuların profilləri” - Analiz

turkiyede-acar-oyuncularin-profilleri-analiz
Oxunma sayı: 678

ABŞ Konqresinin Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan “Türkiyə: Arxa plan və ABŞ ilə əlaqələr” başlıqlı hesabatda Ərdoğan dünya lideri, Gül yumşaldıcı güc kimi təqdim edilib. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, 46 səhifəlik hesabatda tək partiyalı iqtidarın gücdən istifadə etməklə öz istədiyi kimi konstitusiya hazırlaması narahatlıq yaradan məsələ kimi qeyd olunub.

Hesabatda Türkiyədə əhalinin 15-20%-nin kürd əsilli olduğu və AKP hökumətinin kürd dilinin gündəlik həyatda, seçki kampaniyalarında və mediada istifadə edilməsinə şərait yaratması demokratik addım kimi qiymətləndirilib.

Bundan başqa, 1980-ci illərin sonunda ortaya çıxan Fətullah Gülən hərəkatının orta sinif türk toplumunda yayılaraq yeni bir mühafizəkar təbəqə yaratdığı deyilir. Gülən hərəkatının Türkiyənin siyasi partiyalar ilə eyni məsafədə durması isə diqqət çəkən məsələ kimi qeyd edilib.

Hesabatın diqqət çəkən tərəflərindən biri də “Türkiyədə açar oyunçuların profilləri” başlığı ilə dərc olunub. Burada ölkənin açar oyunçuları kimi prezident, baş nazir, xarici işlər naziri, CHP lideri və PKK lideri Abdulla Öcalanın bioqrafiyalarına yer verilib.

Prezinet Gül hazırda Ərdoğan hökumətində yumuşaldıcı bir güc olaraq rol oynadığı, Ərdoğanın 1997-də oxuduğu şerlə əlaqədar həbs olunduğu, 2001-də AKP-ni yaratdığı, siyasi qadağaya baxmayaraq 2003-də keçirilən xüsusi seçimlə baş nazir olduğu, Dünya İqtisadi Forumunda İsrail prezidenti Şimon Pereslə olan qalmaqaldan sonra həm Türkiyə, həm də Yaxın Şərqdə ən məşhur dünya lideri olduğu qeyd edilib.

Səidə