Türkiyədə ara qarışdı - Video

turkiyede-ara-qarisdi-video
Oxunma sayı: 651

Cümhuriyyət Xalq Partiyasının qrup toplantısında partiya lideri Kılıçdaroğlunun toxunulmazlığının aradan qaldırılmasına səbəb olan çıxışı bütün partiya nümayəndələri tərəfindən bir ağızdan oxunub. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Kılıçdaroğlunun ittiham olunması üçün əsas sayılan həmin çıxışının mətni partiya liderinin nəzərdə tutulan çıxışından əvvəl səsləndirilib. Qrup toplantısına qatılan Kılıçdaroğlu isə millətvəkilliyi toxunulmazlığının qaldırılması ilə bağlı ərizənin cibində gətirərək “ərizəm cibimdədir. İmzamı atdım. Qaldırın toxunulmazlığımı. Mən qorxu ilə siyasət aparanlardan deyiləm”- deyə çıxışının sonunda qeyd edib. Bununla da digər millət vəkilləri də toxunulmazlıqlarının aradan qaldırılması üçün müraciət etmiş olublar.

***

Bu gün həmçinin CHP Kemal Kılıçdaroğlunun toxunulmazlığının aradan qaldırılması ilə bağlı hazırlanan bildirişə etiraz olaraq onun tərəfdarları aksiya keçirib. Partiyanın İstanbul Vilayət Təşkilatı Kılıçdaroğluna haqqında hazırlanan xülasəyə etiraz edərək Taksim meydanına doğru yürüş edib. “Kılıçdaoğluna toxunma yanarsan” yazılı plakatlar tutan partiya üzvləri “Xalqın ümidi Kılıçdaroğlu”, “Kemala uzanan əllər qırılsın” şəklində şüarlar səsləndiriblər. Partiya binasının qarşısından keçən nümayişçilərə binadakı həmkarları tərəfindən üzərlərinə gül atılıb.

Vilayət rəhbəri Salıcı sonda çıxışı zamanı “Kılıçdaroğluna uzanacaq əllərə bu ölkəni də okeanın o tayını da dar edərik” deyərək partiya rəhbərinin toxunulmazlıq hüququnun aradan götürülməsi ilə mühakimə olunmasının siyasi mahiyyət daşıdığını vurğulayıb.

chpp.flv