Türkiyədə bir ayın gəlini olan Azərbaycanlı qızın qolu kəsildi

turkiyede-bir-ayin-gelini-olan-azerbaycanli-qizin-qolu-kesildi-
Oxunma sayı: 706

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, qolu kəsilərək dağıntılar altından çıxarılan Vüsalə bir ay yarımdır ki, ailə quraraq Azərbaycandan Türkiyəyə gəlib. Azərbaycanda təhsil alarkən tanış olduğu Murat Çalışkan ilə evləndikdən sonra Ercişə köçən 20 yaşlı Vüsalənin Türkiyədə işləmək üçün icazə almasından cəmi bir neçə gün keçmişdi: “Hər şey beş saniyədə oldu. Evimiz altı mərtəbəli binanın 3-cü mərtəbəsində idi. Qonaqların üçün mətbəxdə yemək hazırlayırdım. Zəlzələ baş verəndə bacardığım qədər qaçmağa başladım. Qapıya yaxınlaşıb çıxacaqdım ki, bina çökdü. Hərəkət edə bilmədim. Qışqırmadım. Yaşamaq istəmədim. Həyat yoldaşımın səsini eşidərkən o an “yaşamalıyam” dedim”.

Vüsalə Çalışkan xilasetmə dəstəsini 5 saata yaxın çalışdığını, qolunun kəsiləcəyini biləndə isə “Kəsməyin, məni xilas etməyin , ölmək istəyirəm” dediyini, lakin həyat yoldaşının qolunun kəsilməsinə qərar verdiyini bildirib.

Səidə