Türkiyədə “Hamımız Xocalı, Hamımız Türkük” aksiyası keçiriləcək

turkiyede-hamimiz-xocali-hamimiz-turkuk-aksiyasi-kecirilecek
Oxunma sayı: 662

Bu barədə “Qafqazinfo”ya İğdırdan “Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi”nin sədri Göksel Gülbey bildirib.

“Qarşıdan gələn Xocalı faciəsinin 20-ci il dönümü ilə bağlı soyqırımın dünya ictimaiyyətinə çatdırmaq və hadisələrin iştirakçılarını cinayət məsuliyyətinə cəlb olunması üçün geniş fəaliyyətə başlayacağıq. Xüsusilə, Xocalı soyqırımının həyata keçirilməsində birbaşa iştirak edən Sarkisyan, Köcəriyan və s. cinayətkarların beynəlxalq məhkəmə qarşısında cavab vermələri tələb edəcəyik. Bu gün belə cinayətkarların məsuliyyətdən kənarda qalması, digər bəşəri cinayətlər üçün də presedent ola bilər”,-deyə dərnək başqanı bildirib.

G.Gülbey tədbirlərin davamlı olaraq keçiriləcəyini bildirib.

“Tədbir Türkiyə vaxtilə 13.00 da Qalatarsaray liseyninin önündən başlayaraq, Taksim meydanına yürüşlə davam edəcək. Saat 14.00-da Türkiyə mediası üçün mətbuat konfransı təşkil edəcəyik.

Tədbirdə bir çox təşkilatların iştirak edəcəyi gözlənilir, artıq onlarla təşkilatlar aksiya ilə bağlı öz dəstəklərini veriblər və xüsusilə, Türkiyə mediasının diqqətini bu hadisələrin il dönümünə yönəldəcəyik”,-deyə G.Gülbey qeyd edib.


Elnur Eltürk