Türkiyədə Hrant Dink mitinqi başladı – Fotolar

turkiyede-hrant-dink-mitinqi-basladi-fotolar
Oxunma sayı: 664

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, məhkəmə qərarına etiraz edən 20 min insan şəhərdə nəqliyyatın hərəkətini iflic edib. Beş il əvvəl silahlı hücum zamanı Agos qəzetinin redaksiyası qarşısında öldürülən Hrant Dinklə bağlı məhkəmə qərarına etiraz edən insanlar redaksiyanın qarşısına jurnalistin iri plakatını asıblar. Plakatda “Bu dava belə bitməz” yazısı yer alıb. Şişliyə doğru hərəkət edən 10 minlərlə insan Hrantın öldürüldüyü yerdə saatlar 15.00 göstərdikdə bir dəqiqəlik sükutla onu anacaqlar.

Səidə