Türkiyədə İran əlehinə aksiya oldu

turkiyede-iran-elehine-aksiya-oldu
Oxunma sayı: 668

“Qafqazinfo”nun Günaz TV-nin internet saytına istinadən məlumaına görə, aksiya iştirakçıları İranın antitürk və antiazərbaycan siyasətini “21 Azər” hərəkatının növbəti ildönümü ərəfəsində şiddətlə qınayıblar.
Yürüşdə Eskişehir Azərbaycanlılar Dərnəyinin üzvləri, güneyli siyasi fəallar və bir qrup Quzey azərbaycanlı tələbələr iştirak ediblər. Yürüşə 50-yə yaxın insan qatılıb.
Eskişehrin Yeddilər parkından başlanan yürüş şəhərin mərkəzinə qədər davam edib. Məqsəd 35 milyondan çox azərbaycanlının məruz qaldığı hüquq pozuntularına, fəalların həbsinə, ədalətsiz məhkəmə qərarlarına etiraz olub. Aksiyada siyasi məhbusların fotoları nümayiş etdirilib, onların dərhal azadlığa buraxılması tələb edilib.
Yürüş “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, “Ankara-Bakı-Təbriz, birlikdə güclüyük biz!” şüarları altında keçirilib.

Yürüşün sonunda güneyli siyasi fəal Cavad Abbasi tərəfindən qətnamə oxunub.