Türkiyədən Ermənistana yaşıl işıq

turkiyeden-ermenistana-yasil-isiq
Oxunma sayı: 677

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Sahibkarlar və İstehsalçılar Birliyinin sədri Arsen Kazaryan məlumat verib. Onun sözlərinə görə, tranzit yüklər son 3-4 ildə Türkiyə ərazisindən Ermənistana daxil olur, lakin əvvəllər, hətta Rusiya və Avropa maşınlarının belə buraya gəlişinə qadağa qoyulmuşdu: “Hazırda söhbət Ermənistan dövlət nömrə nişanı olan yük maşınlarından gedir. Əgər əvvəllər bizim avtoparklar yox idisə və biz bundan narahat deyildiksə, bugünkü gündə bizim beynəlxalq yükdaşımaları həyata keçirən kifayət qədər çoxlu müəssisələrimiz var”.

Kazaryan onu da qeyd edib ki, belə olan halda ölkələrdə neçə maşının daxil ola bilməsi ilə bağlı kvota təyin edilir: “Bizim problem onda idi ki, dövlətlərarası əlaqələrimiz yox idi, sadəcə sürücü-əmək vizası mövcud idi”. Onun sözlərinə görə, ötən il Ankaradakı lobbi təşkilatları ilə görüşlər təşkil edilmiş və məlum olmuşdu ki, Türkiyə tərəfi ötən il 200 maşının daxil olmasına icazə verib: “Bizim əmək vizaları ilə bağlı lobbi fəaliyyətimiz ona gətirib çıxardı ki, bu gün Türkiyə hökuməti icazə verdi ki, erməni sürücülər Gürcüstan səfirliyində viza əldə etsinlər və ora gedə bilsinlər. Sonda bu maşınlar Gürcüstan ərazisindən daxil ola bilirlər. Belə görünür ki, bu məsələ, bu şərtlərdə belə hüquqi tənzimləmə əldə edir”,

Kazarov onu da qeyd edib ki, yaxın günlərdə Türkiyəyə bir neçə uçuşların da həyata keçirilməsi planlaşdırılır, lakin heç kim belə bir risk edərək bir neçə yüz dollarını itirmək istəmir: “Hazırda yükdaşımaların əsas istiqaməti Larsdan keçir, lakin bu məsələ hava şəraiti ilə bağlı qışda daha da ağırlaşacaq. Belə ki, giriş qapısı bağlanacağı üçün Türkiyədən keçmək lazım gələcək...Unutmayın ki, biz bu gün İstanbuldan tranzit liman kimi yüklər alırıq. Əgər biz yenidən Gürcüstana getməli olsaq bu bizə sərfəli olmayacaq. Əsəs nəqliyyatdan danışanda bazarda rəqabət aparan və xidmət təklif edən şirkətlər Trabzona daxil olmurlar. Onların iri gəmiləri İstanbul və Mersində boşaldılır. Əgər Trabzon-Gümrü dəmir yolu açılsaydı bu başqa məsələ. Erməni-türk sərhədi açılmasa bunun heç bir mənası yoxdur, xeyir yoxdur”.