Türkiyədən Fransaya ilk boykot

turkiyeden-fransaya-ilk-boykot
Oxunma sayı: 660

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Baş Polis İdarəsi Fransa istehsalı olan Peugeot markalı avtomobillərin alınmasından imtina edib. Belə ki, qurumun rəhbərliyi üçün nəzərdə tutulan Peugeot 508 model avtomobillərin alınması planlaşdırılsa da, Fransa parlamentinin erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsindən sonra polis rəhbərliyi bu qərarını dəyişib. Bununla bağlı şirkətlə əldə olunan razılaşma ləğv olunub.