Türkiyənin Azərbaycandakı səfiri marketdə - Açılış

turkiyenin-azerbaycandaki-sefiri-marketde-acilis
Oxunma sayı: 1168

8 mart Beynəlxalq Qadınlar Günündə təntənəli mərasimlə açılışı olan satış mərkəzi məhsul çeşidinin bolluğu, qiymətlərin münasibliyi və ən əsası yüksək keyfiyyəti ilə xidmətə başladı. Təntənəli açılış mərasimində qırmızı lenti kəsən “Anadolu İnvestment” şirkətinin rəhbəri Zeynəb Konyar, mərkəzin 8 mart Beynəlxalq Qadınlar günündə istifadəyə verilməsinin əlamətdar hadisə olduğunu bildirdi. Qeyd etdi ki, modern pərakəndəçiliyin ən uğurlu nümunəsi olacaq bu mərkəz Bakıxanov qəsəbəsində yaşayan sakinlərin tələblərini yüksək səviyyəli xidməti və bol çeşidi ilə qarşılayacaqdır. Bildirdi ki, “Bazarstore” satış şəbəkəsi hər bir istehlakçının arzu etdiyini tapa biləcəyi və məmnun qalacağı satış mərkəzi olmağı başlıca məqsədi hesab edir.
Açılış günü minlərlə Bakıxanov qəsəbəsi sakinin axın etdiyi satış mərkəzi, bir çox tanınmış insanlarla yanaşı Türkiyənin tanınmış sənətçisi Rafət El Roman tərəfindən də ziyarət olundu. Yeni satış mərkəzini gəzən sənətçi satış mərkəzinin müasir tələblərə cavab verdiyini qeyd etdi və xidmət səviyyəsini yüksək qiymətləndirdi.

“Bazarstore”un digər satış mərkəzləri isə Xətayi, Gənclik və Şüvəlandakı “Şüvəlan Park”da fəaliyyət göstərməkdədir. Bütün satış mərkəzlərində məhsullar daim təzədir, satılan ətlər islami qaydalara uyğun kəsilir. Satılan bütün mallar müasir standartlara cavab verən tanınmış şirkətlərin məhsullarıdır. Satış şəbəkələrində gigiyena-sanitariya normalarına nəzarət isə ən üst səviyyədə təşkil olunmuşdur.