Türkiyənin dərdi bizim dərdimizdir

turkiyenin-derdi-bizim-derdimizdir
Oxunma sayı: 640

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülə ünvanlanan başsağlığında deyilir:

“Hörmətli Cümhur başqanı!

Türkiyə Cümhuriyyətinin Van şəhərində insan tələfatına səbəb olan zəlzələ xəbərini dərin üzüntü və kədər içində qarşıladım. Qardaş ölkədə baş verən bu faciə hər bir Azərbaycan türkünün qəlbində çox ağrılı bir iz saldı.

Zəlzələ nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına, şəxsən Sizə və bütün Türk xalqına dərin hüznlə başsağlığı verir, dərdinizə şərik çıxır, yaralananlara Allahdan şəfa diləyirəm.

Allah rəhmət eləsin!”