Türkiyənin məşhur serialı Bakıda çəkilir

turkiyenin-meshur-seriali-bakida-cekilir
Oxunma sayı: 693

TRT-nin Bakı bürosundan “Qafqazinfo”ya verilən məlumata görə, kanal “Səyyah” proqramından sonra “Avropa Avropa” serial heyətini Azərbaycana gətirib.

TRT-nin Bakı nümayəndəsi Yüksel Değercan, TRT üçün Azərbaycanın son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb və artıq izləyicilərin Azərbaycan mədəniyyətini, incəsənətini, gözəlliklərini daha yaxından tanıyacağını söyləyib.

“Avropa Avropa”nın heyəti aprelin 29-da Bakıda olacaq. Serialın çəkilişlərinə isə aprelin 30-da başlanacaq. İki gün davam edəcək çəkilişlərdən sonra mayın 1-də saat 16.00-da Türkiyənin Bakıdakı səfirliyində mətbuat konfransı keçiriləcək. Eyni gündə saat 18.00-da Park Bulvarda imza günü təşkil olunacaq. Serialın məşhur oyunçuları Tarık Unluoglu, Durul Bəzən, Selen Seyven, Sehsuvar Aktas, Kadir Çöpdemir, Burak Serdar Şenal sevənləri ilə görüşəcək.

Qeyd edək ki, “Avropa Avropa” serialı bazar günü saat 19.50-də TRT 1 ekranlarında yayımlanacaq.

Nigar Məmmədli