Türkiyənin planı Fransanı çökdürəcək

turkiyenin-plani-fransani-cokdurecek
Oxunma sayı: 677

“Qafqazinfo”nun “Milliyət” qəzetinə istinadən xəbərinə görə, Türkiyə, sanksiyaları bundan sonrakı inkişaflara bağlı olaraq elan edəcəyini açıqalyıb.

Bunun üçün hədəfdə öncə Fransa Senatı, sonra da prezident Nikolya Sarkozi var. Qərarın Senatda keçəcəyi halda milyardlara dolları aşan “Airbus” təyyarələrinin alınması ilə bağlı qərar ləğv ediləcək. Əgər Senatdan keçən qərar Sarkozi tərəfindən təsdiqlənərsə, Türkiyə Fransa prezidentinin öz hava sahəsindən istifadə etməsini məhdudlaşdıracaq.

Türkiyənin Fransaya yönələn sanksiyalarının detallarını baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər Əhməd Davudoğlu açıqlayıb. Buna görə də Türkiyənin hədəfində 348 üzvü olan Fransa Senatı olacaq. Senatın 2012-ci ilin yanvar ayında fəaliyyətə başlayacağı gözlənilir.