Türkiyənin yardımı Somalini ikiyə böldü

turkiyenin-yardimi-somalini-ikiye-boldu
Oxunma sayı: 679

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, son 60 ildə bu ölkədə yaşanan quraqlıqdan yaranan aclıqla əlaqədar edilən yardımlar “əl-Qaidə” terror təşkilatını qəzəbləndirib.

İngilsicə xəbər saytı “Somalia Report” saytı yazır ki, ötən həftə Türkiyədən gələn yardımların Somalidə mübahisələrə səbəb olub. Xəbərə görə, “əl-Qaidə” təşkilatına qatılan Somali İslamçı terror təşkilatı olan “əl-Şəbab” bəyan edib ki, Türkiyənin dini mərkəzlərindən ölkəyə gətirilən yardmların məqsədi bu ölkəni dünyəvi modelə çevirməkdir.

Ölkənin dünyəvi kəsimi isə Türkiyənin bu ölkədə dini dövlət qurmaq istəyndən narahat olduğunu dilə gətirib.

Ancaq “əl-Şəbab”ın bəyanatları başqa cəbhədə dayananların etirazına səbəb olub. “Somalia report” saytı türklərin daha çox dini sahədə yardım etdiyini xatırladaraq, “Somalinin dini yadıma ehtiyacı yoxdur”, yazıb.

Sayt Türkiyədən gələn imamların məscidlərdə apardığı təbliğatdan narahatlığını qeyd edib. Sayt yazır ki, hər nə qədər belə imamlar bizi ruhani olaraq yüksətsə də bu həqiqətlə üzləşməliyik- imamlar yol inşa etmir və ya əməliyyat edə bilmirlər.