Türkiyənin yeni baş qərargah rəisi təyin edildi

turkiyenin-yeni-bas-qerargah-reisi-teyin-edildi
Oxunma sayı: 640

İyulun 29 da Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İşık Koşaner istefa verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "CNN Türk" telekanalı xəbər yayıb.

Məlumata görə, Koşaner ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündən sonra bu qərara gəlib.

Telekanalın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Koşaner baş nazir Ərdoğanın onun təqaüdə çıxmasını istəməsindən sonra istefa verib.

"CNN Türk"ün məlumatına görə, Türkiyə quru, hava və dəniz Qüvvələrinin komandanları Erdal Ceylanoğlu, Hasan Aksay və Uğur Yiğit də analoji addımı atıb.