“Türkiyəyə xəyanət etdik”

turkiyeye-xeyanet-etdik
Oxunma sayı: 635

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, İtaliya Senatını üzvü, millət vəkili Emma Bonino Avropanın Türkiyə əleyhdarı siyasət apardığını etiraf edib.

Türkiyə xüsusunda faciəvi səhvə yol verdiklərini deyən Bonino Avropa Birliyinin (AB) bu ölkə ilə münasibətlərində yaranan çıxılmaz vəziyyətin qurumun apardığı yanlış siyasətdən irəli gəldiyini bildirib. İtalyan deputat AB-nin Türkiyəyə qarşı öhdəliklərinə xəyanət etdiyini qeyd edərək, Türkiyənin quruma daxil olmasına dair müzakirələr dalana dirəndiyi zaman rəsmi Ankaranın təbii olaraq, fərqli siyasi kurs izləməyə məcbur olduğunu vurğulayıb.

Avropa ölkələrinin liderlərinin Türkiyə ilə müzakirələrin aparılmasına mane olduğunu deyən Bonino qurumun müzakirələr başlandıqdan sonra danışıqları fərqli istiqamətdə inkişaf etdirməyə cəhd etdiyini bildirib.