Türklərə elə sözlər dedi ki...

turklere-ele-sozler-dedi-ki
Oxunma sayı: 633

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən xəbərinə görə, terorrçu törətdiyi cinayətlərini müsəlmanların Avropanı əhatə etməsinin qarşısını almaq üçün törətdiyini deyib. Breivik ikinci dünya müharibəsindən sonra ən çox səs-küy yaradan hücum planını həyata keçirdiyini söyləyib. Terrorçu öldürdüyü insanların günahsız olmadığına iddia edib.

Almaniyada türkləri öldürən ultra sağçılarla qürur duyduğunu deyən terrorçunun ifadələri təbliğata səbəb olmasın deyə, canlı yayınlamayıb.

Breivikin, öldürdükləri arasında 17 yaşında türk qızı Gizem Doğan da olub.

Xəbər verilir ki, 10 həftə davam edəcək məhkəmə prosesində terrorçunun psixolji vəziyyətinin hansı səviyyədə olması barədə qərar veriləcək. Psixoloji problemləri ortaya çıxdığı halda, Breivik ölüm hökmündən xilas olacaq, 21 il həbs cəzası alacaq.