Türkləri ölkədən qovurlar

turkleri-olkeden-qovurlar
Oxunma sayı: 680

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, iyul ayında 10,8%-ə çatan işsizliyin nisbətini azaltmağa çalışan ölkə rəhbərliyi “Səudiyyələşdirmə” layihəsinə başlayıb. İş yerlərinə ölkə vətəndaşlarının sayını artrımağı planlaşdıran hökumət içərisində 30 min Türkiyə vətəndaşının olduğu 3 milyon əcnəbini Səudiyyə Ərəbistanından çıxarmaq niyyətindədir.
18 milyon 700 min əhalisi olan Səudiyyə Ərəbistanının 31%, yəni təxminən 8 milyon 42 mini əcnəbilərdir. “Əl-İqtisadiah” qəzeti Nitaqat adlı yeni viza sistemiylə rəqəmin aşağı düşəcəyini yazıb. Yaxın illərdə adım-addım azaldılacaq əcnəbi işçi sayı Türkiyə firmalarına da təsir edəcək. Rəsmi məlumatlara görə, Səudiyyə Ərəbistanında 20 min türk işçi müxtəlif firmalarda işləyir.