Türkmənistan birinci, Azərbaycan sonuncu - Hesabat

turkmenistan-birinci-azerbaycan-sonuncu-hesabat
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, Avroasiya inkişaf bankının rəsmi saytında dərc olunan hesabata əsasən, iqtisadi artım tempinin ən çox müşahidə olunduğu ölkə Türkmənistan (14.6), ən aşağı isə Azərbaycandır (0.5).

Avroasiya inkişaf bankının proqnozlarına görə, MDB ölkələrində 2012-ci il üzrə iqtisadi artım 4.6%-dir. Bu ildə ən yüksək göstərici Türkmənistanda (8.4%) və Özbəkistanda (7.4%) gözlənilir. MDB üzrə Belarus (3%) və Rusiyanın (4.1%) orta iqtisadi göstəriciləri isə artacaq.

2010-cu illə müqayisədə III kvartal üzrə dinamik inkişaf tempi kənd təsərrüfatında 14.7%-lə özünü göstərib. Hesabata əsasən, Ermənistan, Qırğızıstandan və Moldovadan başqa MDB-nin bütün ölkələrində sənayedə istehsalın həcmlərinin artması ləngiyib.

İlk doqquz ay ərzində Azərbaycanda, Qazaxıstanda, Moldovada və Rusiyada ev tikintisi sektorunda yüksək artım qeydə alınıb.

Dünya xammal bazarlarında əlverişli bazar şəraitində ixracın artması şəraitində neftin və qazın ixracatçılarının iqtisadiyyatının artımına da stimul olub. (Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan)

Eyni zamanda neft məhsullarına və ərzağa qiymətlərin artması neftin və qaz idxalatçıları olan ölkələrdə ticari balansın göstəricilərinin pisləşməsinə gətirib çıxarıb (Ermənistan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna).

Bununla belə, idxal qiymətlərinin artmasının effekti hansısa mənada bu ölkələrdən bəzilərinin əsas ixracat mallarına (qızıl, alüminium, pambıq) qoyulan yüksək qiymətlərlə kompensasiya edilib.

Regionda orta inflyasiya (Belarus istisna olmaqla)2011-ci ilin noyabrınadək 7.1%-ə qədər azalıb. Belorusda davam edən kredit ekspansiyası 2011-ci ilin noyabrında illik inflyasiyanın 106%-ə qədər artımına gətirib çıxarıb.

Səidə