Tutuquşu evinin ünvanını polisə söylədi

tutuqusu-evinin-unvanini-polise-soyledi-
Oxunma sayı: 4338

“Qaqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, evdən qaçan tutuquşu yaxınlıqdakı bir otelin müştərisinin çiyninə qonub. Tutuquşunun sahibini tapa bilməyən müştəri onu polisə təhvil verib.

Adının “Piko-çan” olduğunu söyləyən tutuquşu polislərə 3 dəfə dalbadal yaşadığı şəhərin adını və evinin ünvanını təkrarlayıb. Tutuquşunun söylədiyi ünvana gələn polis onun sahibi ilə qarşılaşıb.

Piko-çanın sahibi başqa bir tutuquşusunu bir müddət əvvəl itirdiyini, bu səbəbdən 2 il əvvəl adığı tutuquşusuna evinin ünvanını öyrətdyini bildirib.