“Bu, adamlıqdan imtinadır”- - Fazil Mustafa

bu-adamliqdan-imtinadir-
Oxunma sayı: 6466


“Qafqazinfo”nun xəbərinə görə, deputat yazdığı növbəti statusda mövqeyinə daha geniş aydınlıq gətirib: 

“Ağıl Allahın insana verdiyi ən böyük əmanətdir. Başqa heç bir məxluqa bu verilməyib. Ayələrin çoxusunda da, anlayın, ağlınızı işlədin deyə birbaşa insana tələb qoyulub. İnsanın axirətdə sorğulanmasının əsas səbəbi də bu əmanətlə bağlıdır. Bu əmanəti dağlar, göylər və yer götürməyib, insan cahillikdən götürüb, indi də yalnız insan etdiklərinə görə məsuliyyət daşıyır. Atdan, qoyundan, eşşəkdən , qurbağadan, ilandan belə bir tələb yoxdur. İstər Əhli Sünnə olsun, istər Əhli-Şiə, kim çıxıb söyləyirsə ki, mən ağlımı özüm işlətmirəm, öz şeyximə, müctəhidimə həvalə etmişəm, həmin zatlar nəyi söyləsə, onu da təqlid edəcəyəm, bu artıq yalnız ağıldan imtina deyil, adamlıqdan imtinadır. Yəni, məsuliyyəti özündən başqasına ötürməkdir. İslam, ağlını insanlıq üçün səmərəli istifadə edənlərin dinidir”.