Bu adaya kişilər gedə bilməz

Bu adaya kişilər gedə bilməz
Oxunma sayı: 2569

Təşkilatçı Kristina Roth Finlandiyada yalnız qadınların istirahət edə biləcəyi ada alıb. “SuperShe” adlandırılan həmin adada, ancaq qadınlara xidmət göstəriləcək. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kristina bu adanı tətil etmək üçün ancaq qadınların ixtiyarına verib. Məqsədinin isə kişilərin nəzərindən uzaq olmaq olduğunu qeyd edib. 

Qeyd edək ki, ada hal-hazırda Kristinanın tanıdığı insanlara açıq olsa da, iyun ayından bütün qadınların girişinə icazə veriləcək. Qadınlar bu adada yemək kurslarına, meditasiya, yoqa, fitnes dərslərinə qoşula biləcəklər. Adaya giriş üçün qiymət hələ açıqlanmayıb. 

Ülviyyə 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi