“Bu addımlar kiminsə yürüş, piket keçirməsinin nəticəsi deyil”

bu-addimlar-kiminse-yurus-piket-kecirmesinin-neticesi-deyil
Oxunma sayı: 1672

“Azərbaycanda əmək haqlarının, pensiyalarının artımı inflyasiyaya və qiymət artımına gətirib çıxarmır”.

“Qafqazinfo” xəbər verir ki, bunu YAP-çı deputat Aydın Mirzəzadə parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan bütün bu addımları öz gücü hesabına həyata keçirir: “Bir çox ölkələr isə bu kimi addımları xaricdən aldığı kreditlər hesabına edir. Burada deputat həmkarımın pilot layihələr haqda çıxışı ilə bağlı deyə bilərəm ki, bu məsələ həllini tapacaq. İnsanların mənzillə təmin edilməsi üçün hər dəfə yeni yollar axtarılır”.

Deputat Siyavuş Novruzov isə çıxışında qeyd edib ki, ölkə prezidenti seçildiyi gündən islahatların keçirildiyini bəyan etmişdi: “Ayrı- ayrı sahələrdə insanların təminatı ilə bağlı proqramlar hazırlanmışdı. Lakin bəziləri ölkə başçısının atdığı addımları özlərinin adına çıxarmaq istəyirlər. Bu, onların naşılığıdır. Bu atılan addımlar vətəndaşlar tərəfindən müsbət qarşılanır. Bu addımlar kiminsə yürüş, piket keçirməsinin nəticəsi deyil”.

***

Millət vəkili Çingiz Qənizadə də öz növbəsində əmanətlərin tam sığortalanması haqqında qanunun müddətinin daha bir il uzadılmasını ölkədə 7 milyon vətəndaşı əhatə etdiyini vurğulayıb: “10 milyonluq əhali üçün bu, böyük rəqəmdir. Ancaq vətəndaşlara verilən kreditlərin faiz dərəcələrinin həddi yüksəkdir. Artıq banklar bu faiz dərəcələrini xeyli aşağı endirməlidirlər”.

Deputat həmçinin Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini təqdir edib. Bildirib ki, bu qurumun gördüyü işləri gözdən salmaq istəyən qüvvələr var ki, bunun da arxasında “leş mafiyası” dayanır.

Günel Türksoy