Bu ailə 130 il sonra ilk dəfə gəlin köçürdü - Foto

Bu ailə 130 il sonra ilk dəfə gəlin köçürdü
Oxunma sayı: 4714

Sivasın Olukman kəndində yaşayan Gökçe ailəsi 130 il sonra ilk dəfə gəlin köçürüb.

"Qafqazinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 1888-ci ildə ailə quran Rabiyə və Mehmed cütlüyü daim oğlan övladı dünyaya gətiriblər. 110 il boyunca Gökçe nəslində qız övladı doğulmayıb. Yalnız 1998-ci ildə Ömər və Meliha Gökçenin qızı Fadime dünyaya gəlib. Həmkəndlisi, 25 yaşlı Cəlal Susuz ilə ötən gün ailə quran Fadimenin sayəsində Gökçe nəsli 130 il sonra ilk gəlinini köçürüb.

Susuz açıqlamasında "130 ildir bu evdən gəlin çıxmayıb. Qismət mənə imiş. Çox xoşbəxtəm" deyib. 

Nuranə 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi