Bu “arı”lar suda üzə bilir - Video

Bu “arı”lar suda üzə bilir
Oxunma sayı: 1106

Harvard Universitetinin tədqiqatçıları uça bilən robot “arı”ların funksiyalarını artırıblar.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, tədqiqatçılar robot arıların suda üzməsi və quruya qayıdaraq yenidən uça bilməsi üçün ona yeni funksiya əlavə ediblər.

Qeyd edək ki, tədqiqatçılar 2013-cü ildə ilk dəfə “RoboBee” layihəsini təqdim etdikdə, həmin robotlar yalnız ayağa qalxa və uça bilirdi. Zaman keçdikcə onların yeni-yeni funksiyaları yaradıldı. Beləliklə, çəkisi 175 qram olan robot “arı”ya texniki bir qurğu – raket əlavə etməklə ona suda qalma imkanı yaradılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi