Bu avtobus hər an aşa bilər - Video

bu-avtobus-her-an-asa-biler
Oxunma sayı: 2771

Koroğlu metrosu – Pirşağı qəsəbəsi marşrutunda hərəkət edən avtobuslardan biri qəza vəziyyətində olmağına baxmayaraq, hər gün yüzlərlə sərnişin daşıyır. 

“Qafqazinfo” xəbər verir ki, 173 saylı marşrut xəttinə məxsus avtobusun bir hissəsi çöküb. Sərnişinlər mindikdə isə sağ hissəsi az qala yerlə sürünür. Bu da hər an qəza ola biləcəyini qaçılmaz edir. 

Sərnişinlər bildirirlər ki, bir neçə aydır sözügedən nəqliyyat bu vəziyyətdədir. Lakin alternativ olmadığı üçün həmin avtobusdan istifadə etməyə məcburdurlar.

Heç bir şərh vermədən avtobusun görüntülərini təqdim edirik: