Bu avtobus sürücüsü ilə bağlı şikayət edildi - Video

Bu avtobus sürücüsü ilə bağlı şikayət edildi
Oxunma sayı: 1903

“Qəzanı önləmək üçün sürücü tez əyləcə  basıb və sərnişinlərin həyatını qurtarıb. Ancaq sərnişinlər günahı sürücüdə görür və həmin hadisə ilə bağlı bizə onlarla şikayət daxil olub”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bakubus” MMC-nin mətbuat katibi Mənsur Piriyev sosial şəbəkədə yazıb. Sözügedən hadisənin videogörüntüsünü təqdim edən M. Piriyev hadisənin araşdırıldığını və sürücünün günahsız olduğunu qeyd edib: “Yol hərəkəti iştirakçıları, xüsusilə fərdi avtomobil sürücüləri ictimai nəqliyyat vasitələrinə maneə yaratmamalı, hətta onun normal hərəkəti üçün şərait yaratmalıdırlar. Bütün rəsmi qaydalardan əlavə, ən azı içərisində daha çox insanın olduğunu nəzərə alaraq avtobusun hərəkətinə öncəlik verməlidirlər. 

Ancaq təəssüf ki, bəzən avtomobil sürücüləri, xüsusilə taksilər avtobusa yol vermir, önünə keçir və ya dayanacağını zəbt edirlər. Sürücü və sərnişinlər arasında baş verən insidentlərin səbəblərindən biri də budur. 

Əksər sərnişinlər isə bu cür hadisələr zamanı yaranmış vəziyyətdə bütün günahları avtobus sürücüsündə görürlər. 

Məsələn, təqdim olunan bu videoda avtobus sürücüsü ani olaraq əyləci basmasa qəza hadisəsi baş vercək və xeyli sərnişin yaralanacaqdı. Ancaq sürücünün peşəkarlığı nəticəsində bu baş vermir. Həmin sürücü ilə bağlı isə onlarla şikayəti daxil olur və sürücünün cəzalandırılması tələb olunur. Real vəziyyət, hadisənin nədən baş verməsi isə sanki həmin sərnişinlərə maraqlı deyil. 

Təbii ki, araşdırma aparılır və videogörüntüyə baxdıqdan sonra sürücünün günahsız olduğunu görürük və təəssüf ki, yenə də bəzi sərnişinlərə izah etmək olmur ki, burada sürücünün günahı yoxdur. Hətta dəvət edib videogörüntüləri əyani şəkildə nümayiş etdisək belə”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi