Bu axşam Çempionlar Liqasının oyunları var

bu-axsam-cempionlar-liqasinin-oyunlari-var
Oxunma sayı: 758

Ümumilikdə isə ÇL-in qrup mərhələsinə düşmək uğrunda Avropanın 20 komandası mübarizə aparır. Lakin təəssüf ki, bu komandalar arasında Azərbaycan təmsilçisi yoxdur.

Bu turnirdə "Neftçi"ni mübarizədən kənarlaşdıran Xorvatiyanın "Dinamo" klubu isə yoluna davam edir. Böyük ehtimalla Zaqreb təmsilçisi ÇL-in qrup mərhələsində iştirak edəcək.

Zaqrebdə keçirilən ilk görüşdə İsveçin "Malmö" klubunu 4:1 hesabı ilə məğlub edən "Dinamo" artıq özünü qrup mərhələsində hiss edə bilər. Cavab görüşü isə onlar üçün formal xarakteri daşıyır.

Günün digər qarşılaşmalarında isə APOEL (Kipr) "Visla" (Polşa), "Genk" "Makkabi"ni (İsrail) qəbul edəcək. Hər iki oyunda cütün taleyinə məhz bu axşam aydınlıq gələcək.

Digər maraqlı oyunlar isə İspaniya və İsveçrədə baş tutacaq. İspaniyada yerli "Villareal" komandası Danimarkanın "Odense", İsveçrədə isə "Sürix" öz meydanında Almaniyanın "Bavariya" klubu ilə qarşılaşacaq.

İlk görüşdə 0:1 hesabı ilə məğlub olan "Villareal" bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Bavariya" isə ilk oyunda 2:0 hesabı ilə qələbə qazandığı üçün bu görüşə rahat çıxacaq.



23 avqust

Çempionlar Liqasının "play-off" mərhələsinin cavab görüləri


23:45. APOEL (Kipr) - "Visla" (Polşa) (ilk oyun - 0:1)

23:45. "Sürix" (İsveçrə) - "Bavariya" (Almaniya) (ilk oyun - 0:2)

23:45. "Malmö" (İsveç) - "Dinamo" (Xorvatiya) (ilk oyun - 1:4)

23:45. "Genk" (Belçika) - "Makkabi" (Hayfa, İsrail) (ilk oyun - 1:2)

23:45. "Villareal" (İspaniya) - "Odense" (Danimarka) (ilk oyun - 0:1)



22 avqust

21:00. "Rubin" (Rusiya) - "Lion" (Fransa) (ilk oyun - 1:3)

23:45. "Udineze" (İtaliya) - "Arsenal" (İngiltərə) (ilk oyun - 0:1)

23:45. "Şturm" (Avstriya) - BATE (Belarus) (ilk oyun - 1:1)

23:45. "Viktoriya" (Çexiya) - "Kopenhagen" (Danimarka) (ilk
oyun - 3:1)

23:45. "Benfika" (Portuqaliya) - "Tvente" (Hollandiya) (ilk oyun - 2:2)