“Bu, Azərbaycan gömrüyünün modeli kimi tanınacaq”

bu-azerbaycan-gomruyunun-modeli-kimi-taninacaq
Oxunma sayı: 2097

“Dünyada mövcud olan gömrüyün inkişafı əsasən üç əməkdaşlıq üzərində qurulub. Bunlar “C2B” (Gömrük-Biznes əməkdaşlığı), “C2G” (Gömrük-Hökumət əməkdaşlığı) və “C2C” (Gömrük-Gömrük əməkdaşlığı). Dünyada qəbul edilmiş bu 3 əməkdaşlıq növünə birini də biz əlavə edirik. Bu da “C2M”-dir. Yəni, Gömrük-Media əməkdaşlığı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev jurnalistlərə keçirilən təlimdə bildirib. Sədr müavini əminliklə qeyd edib ki, təklif etdiyi bu “C2M” modeli həm dünyada əməkdaşlığın Azərbaycan modeli kimi, həm də Azərbaycan gömrüyünün modeli kimi tanınacaqdır: “Ən vacibi odur ki, “C2M” modeli gömrükdə  şəffaflığın və ədalətli qərarların  güzgüsü kimi xalqımıza xidmət edəcək". 

Günel Türksoy