“Bu Azərbaycan üçün böyük bir utancdır”

bu-azerbaycan-ucun-boyuk-bir-utancdir
Oxunma sayı: 646

Təəssüflər olsun ki, kifayət qədər ictimailəşmiş və həyati əhəmiyyətli bir hadisəyə əlaqədar qurumlar gec reaksiya veriblər. İndiyə qədər heç bir həkim bu ölüm faktına görə cəzalandırılmayıb. Uğursuz əməliyyat keçirdiyinə və Azərbaycan ordusunun əsgərinin ölümünə görə, məsuliyyət daşıyan həkimlər, zabitlər dərhal cəzalandırımalıdır”. “Qafqazinfo”nun məlumatına görə, bu sözləri Ümid Partiyasının iqtisadi-siyasət komissiyasının sədri Razi Abasbəyli deyib. O bildirib ki, Müdafiə Nazirliyi bu ölüm faktını fundamental olaraq araşdırmalıdır: “Əsgərin o qədər də təhlükəli olmayan bir fizialoji problemdən dünyasını dəyişməsi faktı Azərbaycan üçün böyük bir utancdır. Güman edirik ki, mətbuat bundan sonra ordumuzun səhiyyə problemi ilə bağlı daha həssas olmalı, baş verənləri ən azından nazir Səfər Əbiyevin diqqətinə vaxtında çatdırmalıdır. Nə edək ki, bu nə qədər acı və təəssüf doğuran olsa da günümüzün gerçəyinə çevrilib”.