Bu bacıların ikisi məşhurdur, digəri isə...

bu-bacilarin-ikisi-meshurdur-digeri-ise
Oxunma sayı: 3307

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova sosial şəbəkədə uzun müddət sonra bacıları ilə şəklini paylaşıb. “Qafqazinfo” xəbər verir ki, instaqramda yerləşdirilən fotoda İradənin vizajist bacısı Nigar İbrahimova və mətbuatdan uzaq gəzən Sona yer alıb.  

“Həyatımızda “çox yaxşı biridir" dediyimiz insanlar var. Eybəcərlikləri görə biləcək qədər həssas, oyaq, amma bunları gördükcə inadına gözəlliklərə baxmağı sevən, seçən və görən… Onlar içinizdəki göy qurşağını coşdurandır. Bu həyatda bizi güldürən insanlar var. Onların bir kəlməsi ilə həyatda gülümsəyən biri olursuz”,- deyə İradə qeyd edib. 

Qeyd edək ki, Nigar 2013-cü ildə Ruslan adlı iş adamı, Sona isə 2012-ci ilə Rəşad adlı idmançı ilə ailə həyatı qurub.