Bu bina 1 milyard dollara satılır

bu-bina-1-milyard-dollara-satilir
Oxunma sayı: 2287


"Qafqazinfo" Sia.az-a istinadən xəbər verir ki, göydələnin dəyəri 650 milyon avro, yəni 1,1 milyard dollar olaraq müəyyən edilib. Avropa Birliyinin ən yüksək göydələni 40-mərtəbədən ibarətdir və binanın hündürlüyü 180 metrdir. Məşhur Britaniya memarı Norman Fostera tərəfindən layihələndirilən bina 2004-cü ildə istifadəyə verilib. 

2007-ci ildə Almaniyanın "IVG Immobilien" və Britaniya fondu "Evans Randall" binanı "Swiss Re" adlı şirkətə 1 milyard dollara satıb. "IVG Immobilien"də son illər borcların ödənməsində yaranan problemlər 2013-cü ildə bu şirkəti iflasa gətirib çıxarıb. Nəticədə bu ilin aprelində bina yeni alıcısına qovuşub. Ancaq "Swiss Re" şirkəti də binanı yenidən bazara çıxarıb. İndi bu göydələn bazarda öz real alıcısını gözləyir. 

Londondan fəaliyyət göstərən mülk agentlər güman edirlər ki, məşhur göydələnə xarici investorlar tərəfindən maraq göstərilə bilər.