Bu binanı 300 kiloluq dinamit də dağıda bilmədi - Video

Bu binanı 300 kiloluq dinamit də dağıda bilmədi
Oxunma sayı: 2964

Türkiyənin Bursa şəhərində “TRT Belgesel” kanalı “Görək işə yarayacaqmı?” verilişi üçün zəlzələ testi keçirib.

“Qafqazinfo” xəbər verir ki, sınaq partlayışla zəlzələ zamanı evlərdə dağıntılar altında qalmamaq üçün nələrin faydalı ola biləcəyi barədə testlər aparılıb.

Bunun üçün şəhər kənarında 13 mərtəbəli boş bina seçilib.

Verilişin prodüseri Serkan Bıçakçı bildirib ki, daha öncədən əzilməyə və qırılmağa qarşı davamlı olan stollar hazırlanıb və bir neçə otağa yerləşdirilib. Həmin stolların altına isə plastik mankenlər qoyulub.

Partlayışda 300 kq dinamit istifadə edilib. Lakin, bu partlayış binaya təsir etməyib. Sınağın baş tutması üçün növbəti dəfə 300 kq-lıq dinamit partladılıb. Bina o qədər möhkəm olub ki, bu səfər də dağılmayıb.

Çarəsiz qalan kanal işçiləri çəkilişləri başqa tarixə təxirə salıblar.

Məlumata görə, həmin binanın tikintisi zamanı yalnız beton və dəmirdən istifadə edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi