“Bu bir əcəl zəngidi” - Video

bu-bir-ecel-zengidi-video-
Oxunma sayı: 771

“Qafqazinfo” xəbər verir ki, “Yeraltından kitablar” mağazasında təşkil edilən təqdimatda professor Rafiq Əliyev, şair Musa Yaqub, tanınmış jurnalistlər Şahvələd Çobanoğlu, Firuzə Bəyməmmədqızı, Azər Rəşidoğlu, Samir Kazımlı, yazar Seymur Baycan, bəstəkar Ülviyyə Vəliyeva, aktyor İlqar Cahangir, rejissor Elçin Musaoğlu və oxucular iştirak ediblər.

Kitabın yazılma tarixindən və ölkədə gənclərə olan münasibətdən danışan yazıçı bildirib ki, 2011-ci ildən bu günədək nəşriyyatlar romanı çap etməkdən imtina ediblər. Tədbirin moderatoru kimi çıxış edən müəllif sözü professor Rafiq Əliyevə verib. Roman haqqında ətraflı çıxış edən görkəmli alim “Zəncir”i oxuyandan sonra ədəbiyyatda realizmin olduğuna inandığını bildirib. Rafiq Əliyev “Zəncir” romanını belə şərh edib: “Mənim düşüncəmə görə, bu bir əcəl zəngidir və bu zəngin də səsi çox çıxacaq, eşidəcəklər bu zəngi.” Daha sonra təqdimatda iştirak edən kinorejissor Elçin Musaoğluna müraciət edən Rafiq Əliyev ona “Zəncir” romanının motivləri əsasında film çəkmək haqqında məsləhət verib.

Ədəbiyyatın funksiyasından danışan tanınmış jurnalist Şahvələd Çobanoğlu bildirib ki, ədəbiyyatsız cəmiyyətdə yaxşı adam yetişdirmək mümkün olsa da yaxşı toplum yetişdirmək mümkün deyil.

Şair Musa Yaqub, jurnalist-yazıçı Firuzə Bəyməmmədqızı ölkəmizdə ədəbiyyatın məqsədli şəkildə sıxışdırılmasından danışıblar.

Təqdimatın sonunda yazıçı oxuçularla söhbət edib, yeni romanını imzalayıb.

Qeyd edək ki, “Zəncir” romanı müasir Azərbaycan gəncliyinin düşünülmüş şəkildə məhvindən bəhs edir. Lakin ölkədəki dözülməz reallıqla barışmayan, azad cəmiyyət arzusunda olan gəncliyin mübarizə əzminin yüksəlməsi və sıralarının çoxalması oxucuda ədalətin bərpa olunacağı gələcəyə inamı artırır.
“Zəncir” həyatını Şərlə mübarizəyə həsr edənlərə və yazıçı Rafiq Tağının nurlu xatirəsinə ithaf edilib. Kitab artıq metro stansiyalarının çıxışında və kitab mağazalarında satılır.