“Bu bir ləkə kimi onların bioqrafiyasına yazılacaq”

bu-bir-leke-kimi-onlarin-bioqrafiyasina-yazilacaq
Oxunma sayı: 632


“Oktyabrın 7-də və 8-də Müsavatın 100 illiyi ilə münasibətilə böyük tədbirlər olacaq. Oktyabrın 7-də bizim Avropadakı müttəfiqlərimizin təşkilatçılığı ilə “Müsavat 100 il azadlıq və demokratiya uğrunda mübarizədə” adlı böyük beynəlxalq konfrans keçiriləcək. Oktyabrın 8-də isə biz Müsavat Partiyası olaraq öz tədbirimizi keçirmək fikrindəyik. Oktyabrın 7-dəki tədbir dostlarımıza, müttəfiqlərimizə aiddir. Amma ayın 8-dəki tədbirimizə yer ayrılması üçün hakimiyyətə etdiyimiz müraciətə cavab verilməyib. Müsavatın 100 illiyi gəlir, bu, xalqımızın şərəf tarixidir. Bu şərəfli qüvvənin öz yubileyini qeyd eləməsi üçün müraciətimizə hələlik cavab yoxdur. Kifayət qədər ciddi tədbirlər keçirmək fikrimiz var. Avrodan, Türkiyədən, Ukraynadan, başqa ölkələrdən qonaqlarımız olacaq. Yüksək səviyyədə siyasətçilər, tanınmış insanlar gələcəklər. Əgər hakimiyyət 8 oktyabrda tədbirimizi keçirmək üçün normal bir yer ayırmasa, bu hadisə də Əliyev rejiminin bioqrafiyasına ləkə kimi düşəcək. Bütün bu illər ərzində Müsavat Partiyasına, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinə, Məhəmməd Əmin Rəsulzadəyə, onun silahdaşlarına hakimiyyətin münasibəti nə cür ki, bu hakimiyyətə ləkədir, bu da bir ləkə kimi onların bioqrafiyasına yazılacaq”.

İsa Qəmbər bəyan etdi ki, istənilən halda 100 illik yubiley mərasimi keçiriləcək.

musavat.com