“Bu bizim üzərimizdə təzyiq yaradırdı” - Ruslan Abışov

bu-bizim-uzerimizde-tezyiq-yaradirdi
Oxunma sayı: 661

Islam Həmrəylik Oyunlarında Oman üzərində 2:1 hesablı qələbə qazanan Azərbaycan millisinin kapitanı Ruslan Abışovun “Qafqazinfo”ya  müsahibəsi

-    Oyun haqqında fikirləriniz necədir?

-    Şükürlər olsun ki, qələbə qazandıq. Bu qələbə münasibətilə bütün futbol ictimaiyyətini təbrik edirəm. İslam Oyunlarında iştirak edən bütün idmançılarımıza uğurlar arzu edirəm. Ən əsası da stadionda gələn azarkeşlırimizə təşəkkür edirəm. Onların sayəsində qələbə qazandıq. Nəinki futbolçular, bütün idmançılar uğurları azarkeşlərin sayəsində qazandılar. Qalib gəlməyən idmançılarımıza da sözüm budur ki, səbrli olsunlar, daha çox çalışsınlar. Qarşıda onların da uğurları olacaq.

- İslam Oyunlarındakı rəqibləri necə dəyərləndirirsiz?

- Qrupumuz çox çətin idi. Əgər Kamerun və Mərakeş digər qrupda olsaydılar, bizimlə finalda qarşılaşa bilərdilər. Mən daha çox Mərakeşi fərqləndirərdim. Biz çox istəyirdik çempion olmağı. Çünki öz meydanımızda oynayırdıq. Azarkeşlər bizdən uğur gözləyirdilər. Çünki idmançılarımız İslam Oyunlarında çox medal qazandılar. Bu da biz futbolçuların üzərində məsuliyyət və təzyiq yaradırdı. Şükürlər olsun ki, bu turniri zədəsiz başa vurduq. Qarşıda milli komandanın Şimali İrlandiya ilə oyunu gəlir. Yaxşı hazırlaşıb rəqib üzərində qələbə qazanmalıyıq. 

- Bu çempionluğu Azərbaycan futbolu üçün uğur saymaq olar?

- Məncə çox böyük uğurdu. Çünki bu İslam ölkələrinin olimpiadasıdı.Millimiz bu çempionluq ilə tarixə düşdü. İnanıram ki, bundan sonra həm klub səviyyəsində, həm də milli səviyyəsində uğurlarımız çox olacaq.