“Bu boyda yalan olar?” - Nigar Röyaya cavab verdi

bu-boyda-yalan-olar
Oxunma sayı: 5437

“Mən bu barədə açıqlama vermək istəmədikcə görürəm hər kəs ağzına gələni danışır. Bəziləri də mənim susmağımdan istifadə eləyib ürəkləri nə istəyir danışır, yazır. Doğurdan da ayıbdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Nigar Camal instaqramda yazıb.  O, susqunluğunu pozaraq Röya Ayxanla yaşadığı gərginlik barədə açıqlama yayıb:

“Nə səviyyəsiz ifadələr işlədirsiz? Bu millətə belə şeylər lazımdır? Mən bənzətmək istədiklərinizə bənzəməyəcəm. Səsimi, oxumağımı bəyənməyə bilərsiz. Amma mənim adımı birdə belə mərifətsiz söhbətlərdə çəkməyin. Ola bilsin ki, bu cür ifadələr kimlər üçünsə adi bir şeydir. Amma mənim üçün belə deyil.

Sabah gözügötürməyib saçımın qaynaq olduğunu deyəcəklər. İnsan özündə olmayan şeylərə görə şər atıb özünü sakitləşdirəcəyini düşünür, amma doğrunu özü yaxşı bilir.Hələ məni sevdiyindən  bu qədər söz çıxartmısan. Sevən insan zəng vurub problemini filan soruşar. Qalmaqaldan qaçdıqca məni qalmaqala salmağa çalışmayın. Bu boş, mənasız söhbətlərdən yoruldum. Ondan müsahibə alan jurnalist deyir mənə arxasını çevirdi. Bu boyda yalan olar?

Zalda yanında oturanda arxanı necə çevirmək olar? Həyəcanlı olub yəqin. Əlini uzatdı, mən də əlini sıxıb təbrik elədim. Bu söhbətlərdən hardan çıxdı? Deyirlər ki, gündəmə gətirdik. Mənə belə səviyyəsiz söhbətlərlə gündəmə gəlmək lazım deyil. Danışmaq istəmirsən, amma məcbur edirsiz. Gündəmdə qalmaq üçün başqasını seçin”.