Bu çanta rekord qiymətə satıldı

bu-canta-rekord-qiymete-satildi
Oxunma sayı: 1425

ABŞ-da içərisində Ay parçaları olan çanta auksionda rekord qiymətə satılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, çantanı astronavt Nil Armstrong 1969-cu ildə Aya ilk dəfə ayaq basan zaman istifadə edib.

Nyu-Yorkda keçirilən auksiona zamanı çanta içərisindəki Ay parçaları ilə birlikdə 1 milyon 800 min dollara satılıb.

 Qeyd edək ki, sözügedən çanta 2015-ci ildə səhvə auksiona çıxarılıb və Çikakodan olan qadın onu 995 dollar alıb. NASA sonradan geri qaytarılması üçün iddia qaldırsa da məhkəmədə məğlub olub.