Bu cərimələr 2 500 manata qədər artırıldı

bu-cerimeler-2-500-manata-qeder-artirildi
Oxunma sayı: 2364

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında komitə sədri Əli Hüseynli məlumat verib. Bildirilir  ki, məcəlləyə əlavə edilən 440-1-ci (Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyn pozulması) maddəsinə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə nəzərdə tutulan məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 700 manat, hüquqi şəxslər isə 2 500 manat məbləğində cərimə edilir.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 1000 manat məbləğində cərimə olunurlar.

Müəyyən edilən qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslərə 1 500 manat məbləğində cərimə tətbiq edilir.

Məcəlləyə dəyişikliklər birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Günel Türksoy