“Bu cür hərəkətləri bağışlayan qadınlara pis baxıram”

bu-cur-hereketleri-bagislayan-qadinlara-pis-baxiram-
Oxunma sayı: 1697


“Qafqazinfo”nun məlumatına görə, verilişin aparıcısı Mətanət Əliverdiyeva “Nəyi bağışlaya bilməzsiniz?” sualı ilə ifaçıya müraciət edib. Könül Kərimova həyat yoldaşının xəyanətini bağışlayacağını bildirib: “Mən çox iradəsiz adamam. Lakin məni tanıyanlar deyir ki çox güclüsən, səhv fikirləşirsən. Bağışlaya bilirsənsə, güclüsən. İnsanın qəlbində mərhəmət olmalıdır. Lakin elə şeylər var ki, bağışlaya bilmərəm. Mənim ailəmdə də problem oldu, lakin mən bağışlaya bildim. Həyat yoldaşımın xəyanətini bağışlayaram. Xoşqədəm xanımın verilişinə baxırıq, orada uşaqlar gəlir. Həyat yoldaşıma deyirəm, sənin də uşağın çıxsa, səni bağışlayaram. Lakin təhqiri, pis rəftarı, kobudluğu bağışlamaram. Bu cür hərəkətləri bağışlayan qadınlara pis baxıram. Gəlin özümüzə hörmət edək”. 

Qeyd edək ki, bir müddət əvvəl əməkdar artistin həyat yoldaşından ayrılacağı haqda xəbərlər yayılsa da, Kərimova həyat yoldaşının xəyanətini bağışladığını və ailəsini dağıtmadığını bildirmişdi.