Bu da AMEA-nın yeni loqosu - - Foto

bu-da-amea-nin-yeni-loqosu-
Oxunma sayı: 1157


“Qafqazinfo” Akademiyanın saytına istinadən xəbər verir ki, AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi loqotipi təsdiq edilib. Loqotip istənilən idarə və müəssisənin, şirkətin tanınmasında mühüm rol oynayan vasitələrdən biridir.

Akademiyanın loqotipi dairəvi formadadır. Tünd qırmızı rəng çalarında olan loqoda Azərbaycan Milli Elmlər Akademiyasının adı 2 dildə - Azərbaycan və ingilis dillərində dairəvi formada yazılıb, dairənin mərkəzində isə AMEA-nın əsas binasının qrafik təsviri əks olunub.