Bu da Azərbaycanın eksklüziv vertolyotu - Fotolar

bu-da-azerbaycanin-ekskluziv-vertolyotu-fotolar
Oxunma sayı: 650

Qusarın Samur qəsəbəsində yaşayan Mirzəxan İmamquluyev qeyri-adi bacarığı ilə düz 5 ildir ki, ərsəyə gətirmək istədiyi vertolyotu düzəltmək istəyir. “Qafqazinfo”nun məlumatına görə, nəhayət, Mirzəxan İmamquluyev bu işin öhdəsindən gəlməyi bacarıb.

4-5 ildir ki, vertalyotuna maya buraxan Mirzaxan kişi bunu uçura bilmir ki, bilmir. Qazandığı pulları ancaq dolanışıq üçün güclə çatdıra bilən bu ağsaqqal vertolyotu üçün qonşu Rusiyadan mühərrik gətirmək planındadır. Əvvəl həmin vertolyota Zaparoji matorunu quraşdırıb, görüb ki, vertolyot azacıq göyə qalxa bilir, ancaq zaparoji matorlarına etibar olmadığı üçün qorxduğunu deyir.

Emin Kərimov