Bu da Azərbaycanın etalon vaxtı - Foto

bu-da-azerbaycanin-etalon-vaxti-foto
Oxunma sayı: 836

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda etalon vaxtın Azərbaycan Respublikasının dövlət orqanlarına, digər maraqlı müəssisə və təşkilatlara ötürülməsi ilə bağlı işlər gedir. Məlumat üçün bildirək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri laboratoriyasında quraşdırılmış etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu və Taymer-sayğacı analizator daxildir.

Vaxt və Tezlik etalonunun əsas prinsipi "sezium" elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenna ilə qəbul edib Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir. Etalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonların və s.) kalibrlənməsi də Vaxt və Tezlik etalonu vasitəsilə həyata keçiriləcək.

Nigar Məmmədli