Bu da Brilliantın son marka Mercedesi- - Foto

bu-da-brilliantin-son-marka-mercedesi-
Oxunma sayı: 3427


“Qafqazinfo”nun məlumatına görə, xalq artisti  əvvəl bunu mətbuatdan gizlətsə də, Nyu-Yorkda mükafatla bərabər 30 min dollar və son marka Mercedes avtomobili ilə mükafatlandırıldığını bildirib.  “Hazırda hədiyyə olunmuş yeni avtomobilini Bakıya gətizdirmişəm.   Bu məqamı hədiyyə gətiriləndən sonra mediaya açıqlamaq istəyirdim. İki il davamlı Amerikada mükafatlanmaya dəvət alsam da, müxtəlif səbəblərə görə yalnız bu il adıma təsis edilmiş mükafatı əldə etdim”-, deyə Dadaşova  qeyd edib.

 Qeyd edək ki müğənni dünya ulduzları ilə bərabər Nyu-York şəhərinin Master Theatre zalında keçirilən möhtəşəm “Big Music Awards” mükafatlandırma mərasimində "Dünya musiqisinə verdiyi töhfələrə" görə mükafatlandırılıb.