Bu da İŞİD-in rəhbəri- - o elmlər doktorudur+Foto

bu-da-isid-in-rehberi-
Oxunma sayı: 6508


Qərb mediası son günlər bu həftə İraqın Şimalını ələ keçirən və Bağdada doğru irəliləyən ingiliscə İSİS - İraq və Şam İslam Dövləti (Azərbaycan dilində: İŞİD) adlı təşkilatın rəhbəri olan  Abu Bakr al-Bağdadinin kimliyini araşdırmağa başlayıb.

“Qafqazinfo” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Bağdadi haqqında informasiyalar isə çox məhduddur. Abu Dua ləqəbiylə də tanınır. Cəmi 2 foto şəkli var. Birində qalstuklu, kostyumlu, digərində isə köynəkdə.  Al Bağdadinin öz döyüşçüləri belə onun üzünü görmür – düyüşçülərə müraciətlərində həmişə üzünü qara yaylıqla bağladığından ona görünməz Şeyx də deyirlər. 

Hazırda onun rəhbərlik elədiyi orduda 12 mindən çox döyüşçünün olduğu və bunun 3 minə yaxının Qərb ölkələrindən gələn müsəlman gənclərdən təşkil olunduğu bildirilir.

BAĞDADİ KİMDİR?

Bir çox mənbələr Şeyx Baghdadinin  1971-ci ildə İraqın Samirə şəhərində doğulduğunu, İslam tarixini öyrəndiyi və 90-cı illərdə Bağdad universitetlərinin birində doktorluq elmi dərəcəsi alıb, sonradan 2003-cü ilə qədər yerli məsciddə axundluq etdiyini yazırlar.

2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra Anbar əyalətində yaraqlılara qoşulması və Abu Musan Zarqavinin rəhbərlik etdiyi Al-Qaedanın İraq qrupunun üzvü olduğu da bildirilir. 

2006-cı ildə Baghdadi həbs olunub və Camp Buccadakı həbsxanada başqa Al-Qaeda yaraqlıları ilə saxlanıb. Bir çox mənbələr onun məhz buradakı həbsi boyunca daha da radikallaşdığını və 2000-ci illərin sonunda həbsdən buraxılandan sonra daha aqressiv şəkildə silahlı mübarizəyə qayıtdığını bildirirlər.

BİN LADENDƏN SONRA CİHADÇILARIN LİDERİ

Baghdadinin adı Suriyda vətəndaş müharibəsi başlayandan sonra daha çox duyulmağa başlayıb. O İraqdakı sünni cihadçılarını Suriyaya aparanda Al-Qaedanin rəhbərliyi buna qarşı çıxmışdı. Ancaq Al-Qaeda qrupunun Usama bin Ladenin ölümündən sonra rəhbərlik edən Ayman al-Zavirhirinin çağırışlarını qulaq ardına vuran al Baghdadi Suriyada yetərincə uğur qazanıb, populyarlığını da artıra bildi.

2011-ci ilin oktyabr ayında ABŞ rəsmən al Baghdadini təhlükəli terrorçular siyahısına qoyub və onun yeri haqda informasiya müqabilində 10 milyon dollar mükafat təyin edib.

AL-QAEDA BELƏ AL-BAGHDADİNİ QƏDDAR SAYIR

Al-Qaedanın al Baghdadiyə qarşı çıxmasının bir nədəni də İraq İslam Dövləti təşkilatının digər cihadçı qruplardan daha qəddar olmasıdır. Al Baghdadi təkcə şiə yox, onlara qarşı çıxan sünni müsəlmanların da öldürülməsini təşviq edir, məscidləə intiharçı hücumlar təşkil edir, oğurluq, zina, hətta sigaret çəkənlərə qarşı da ən ağır cəzaların təqbiqi – daşqalaq edilmək, biləklərin kəsilməsi və ya əsirlərin boynunun vurulması kimi cəzaları geninə boluna tətbiq edir.

Artıq al Baghdadinin döyüşçülərinin əlində İraq ordusunun Mosuldan qaçarkən buraxdığı hərbi döyüş vertolyotları, tankları və başqa silahları da var. Üstəlik, Mosuldakı bankların talan olunması zamanı 480 milyon dollara yaxın valyuta da ələ keçirilib.

ŞİƏLƏR KƏRBƏLANI QORUMAĞA HAZIRLAŞIR

İyunun 12-də al-Baghdadi Mosul və Tikrit şəhərlərini tutandan sonra açıq aşkar növbəti hədəfin Bağdad və Kərbala şəhərləri olduğunu bəyan  edib. Bu isə İraqda hakimiyyətdə olan şiələrin xidmət etdiyi ordu ilə sünnilər arasında açıq məzhəblər arası savaşın çıxmasını qaçılmaz edir.

İyunun 13-də İraqın Ali şiə lideri  - Ayatollah Ali al-Sistani bütün şiələri silaha sarılmağa və müqəddəs Kərbəlanın müdafiəsinə qalxmağa çağırıb. İran hökuməti orduya qoşulmaq istəyən könüllülərin hamısının silahla təin olunacağını bildirib. 

İran prezidenti Hassan Rohani də İraq Baş naziri Nuri al Malikiyə zəng edərək ona terrorçulara qarşı vuruşmaq üçün hər cür yardım vədi verib.