Bu da Sevda Ələkbərzadənin nişanlısı - - Foto

bu-da-sevda-elekberzadenin-nisanlisi-
Oxunma sayı: 6681

Evlənməyə hazırlaşan müğənni Sevda Ələkbərzadə Cənubi Azərbaycandan olan nişanlısı barədə danışıb. 

“Qafqazinfo” lady.day.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, nişanlısı Amerikada yaşayır, İstanbulda ortaq dostları vasitəsilə tanış olublar. Nişanlısı ilə türk və ingilis dillərində danışdığını deyən Ələkbərzadə onun musiqini çox sevdiyini və bas gitara ilə maraqlandığını deyib. Müğənni evlilik təklifini necə aldığını da açıqlayıb: 

“Gözlənilməz idi. Bilirsiniz, biz fərqli saat qovşaqlarında yaşayırıq. Bizdə gecə olanda, onlarda gündüz olur. Lakin mən bunu heç vaxt hiss etməmişəm, çünki hər səhərim ondan gələn “sabahın xeyir”lə açılır, günü “gecen xeyrə” ilə bitirirdim. O, öz varlığı ilə mənim həyatımı elə doldurmuşdu ki, mən onun başqa ölkədə yaşadığını hiss etmirdim.  

Mənim yaradıcılığımı çox sevir. O hələ İranda yaşayanda kimsə mənim mahnımı ona dinlətmişdi. O qulaq asdıqdan sonra dedi ki, mən bu müğənni ilə evlənərəm. 

Evlilik təklifini də çox gözlənilməz etdi. Evdə oturmuşdum, qapı döyüldü, böyük bir çiçək dəstəsi gətirdilər və üzərində “mənimlə evlənərsənmi?” yazılmış qeyd vardı”.